"Innostart" proqramı rəsmi qlobal inkubator statusu aldı

2025-08-07

Azərbaycanın innovasiya ekosistemində əlamətdar hadisə baş verib – SUP VC şirkətinin təşkilatçılığı ilə keçirilən "Innostart" proqramı Global Innovation Institute tərəfindən rəsmi olaraq qlobal inkubator statusu ilə sertifikatlaşdırılıb.

Sertifikatlaşdırma proqramı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Code Academy ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu beynəlxalq tanınma, proqramın qlobal standartlara uyğunluğunu və startapların inkişafına verdiyi töhfəni bir daha təsdiqləyir.

"Innostart" proqramı çərçivəsində yalnız inkubasiya və mentorlardan ibarət texniki dəstək deyil, eyni zamanda icma tədbirləri, seminarlar və şəbəkələşmə imkanları da təşkil olunur. Bu tədbirlər innovasiya sahəsində maraqlı tərəfləri – startapları, investorları, mentorları və texnologiya həvəskarlarını bir araya gətirərək güclü ekosistemin formalaşmasına xidmət edir.

Qeyd edək ki, SUP VC ölkədə innovasiya və sahibkarlığın inkişafına dəstək məqsədilə bir sıra uğurlu layihələr həyata keçirib. "Innostart" isə bu təşəbbüslər arasında beynəlxalq səviyyədə tanınan ilk proqramlardan biri olaraq seçilir.


Innostart, mənalı startaplar qurmağı asanlaşdırır və daha əlçatan edir. Buzzwords kənara çıxmaq. İlk gündən real təsir yaratmaq. İcmamız sayəsində 2025-ci il Yer Günündə təsis etdiyimiz gündən bəri 50-dən çox müəssisənin işə salınmasına kömək etmişik.

Innostart, mənalı startaplar qurmağı asanlaşdırır və daha əlçatan edir. Buzzwords kənara çıxmaq. İlk gündən real təsir yaratmaq. İcmamız sayəsində 2025-ci il Yer Günündə təsis etdiyimiz gündən bəri 50-dən çox müəssisənin işə salınmasına kömək etmişik.

2025

2025

Bütün haqqlar qorunur

Bütün haqqlar qorunur