İnnoStart – ölkənin müxtəlif bölgələrindən Olan gəncləri innovasiya, sahibkarlıq və texnologiya sahəsində inkişaf etdirməyi hədəfləyən startap dəstək layihəsidir. Bu təşəbbüs SUP VC və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilir. Məqsədimiz regionlarda yaşayan gənclərin potensialını üzə çıxarmaq, onları startap ekosisteminə cəlb etmək və ideyalarını reallaşdırmaq üçün imkanlar yaratmaqdır.