19-20 oktyabr tarixində Lənkəran innovasiya həvəskarları və texnologiya sevənləri öz bacarıqlarını nümayiş etdirmək üçün bir araya gəldi. 💡 İki gün davam edən hakatonda iştirakçılar texnoloji problemlərə yaradıcı və innovativ həllər axtardılar, gərgin mübarizə apardılar.
🏆 Mükafatlar qazanan komandalara öz startaplarını müəyyən qədər inkişaf etdirmək üçün investisiya formatında təqdim olundu:
Qaliblər:
🏆 1. Balbee - arı yeşiklərinin uzaqdan idarə olunması və eyni zamanda bal miqdarı və yeşiklədəki rütubətin telefonda əks olunması.
🏆 2. Greenpath - kənd təsərrüfatı məhsullarının vahid platforma üzərindən topdan satışı.
🏆 3. Evrika – Onlayn platforma vasitəsilə həkim konsultasiyası və tibb müəssisələrində həkim qəbuluna növbə tutmaq imkanı təmin edən innovativ tətbiq.
Bu hakaton SUP.VC və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə baş tutdu və iştirakçılar öz texnoloji bacarıqlarını maksimum dərəcədə nümayiş etdirdilər. Komandalar mövcud problemləri həll etmək üçün yorulmadan çalışdı və texnologiya sahəsində yenilikçi ideyalar yaratdılar. 🔥
Texnologiya dünyasının gələcəyini formalaşdıracaq bu istedadlı beyinlərlə fəxr edirik və növbəti hakatonları səbirsizliklə gözləyirik!