Haqqımızda
INNOSTART, regionlarda startup təfəkkürünün formalaşması və startup hərəkatının güclənməsi məqsədi ilə
həyata keçirilən bir layihədir. Layihənin əsas məqsədi regionlarda yaşayan gənclərə və sahibkarlara
innovativ düşüncə tərzini aşılamaq, onları startup fəaliyyətinə həvəsləndirməkdir.
Bu məqsədlə, INNOSTART çərçivəsində müxtəlif regionlarda inkubasiya proqramları və yerli icma tədbirləri
təşkil olunur. Bu tədbirlər çərçivəsində panel müzakirələri, çıxışlar və vörkşoplar vasitəsilə iştirakçılara
startup sahibkarlığı, biznes modelləri, innovasiya və rəqabət qabiliyyətinin artırılması kimi mövzularda
ətraflı məlumat verilir.
Layihə, regionlardakı startup icmalarının inkişafına töhfə verməklə yanaşı, həm də yerli sahibkarların və
ideya sahiblərinin layihələrini qlobal səviyyəyə çıxarmalarına dəstək olmağı hədəfləyir.